Aleksandr Usik növbəti dəfə Coşuanı məğlub etdi

Səudiyyə Ərəbistanının Ciddə şəhərində boks gecəsi keçirilib.

Newsport.az-ın məlumatına görə, ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib. Döyüş 12 raund davam edib. Usik hakimlərin qərarına əsasən qalib elan olunub.

Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb. Coşua isə karyerası ərzində ilk dəfə ardıcıl 2 döyüşdə uduzub.

Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right