Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Newsport.az-ın məlumatına görə, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.