4 kikboksçumuz finala yüksəldi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 4 kikboksçusu finala yüksəlib.

 

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ əldə ediblər.

 

Qeyd edək ki, bu gün Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right