İslamiada: Azərbaycanın daha bir komandası çempion oldu

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi cüdoçulardan ibarət milli komandası qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.

Bu, Azərbaycanın 24-cü qızıl medalı olub.

Xatırladaq ki, kişi cüdoçulardan ibarət milli 2017-ci ildə Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuşdu.

Bu gün Azərbaycanın qadın cüdoçulardan ibarıt millisi də bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right