Azərbaycan millilərinin medal görüşlərindəki rəqibləri məlum oldu

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.

İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş

15 avqust

(Kişilər)

11:00. Türkiyə - Azərbaycan

(Qadınlar)

14:00. Azərbaycan - Kamerun





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right