İslamiada: Azərbaycan üzgüçüsündən gümüş medal

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğurla çıxış edib.

Newsport.az-ın məlumatına görə, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb.

Azərbaycan üzgüçüsü 27.21 nəticə ilə yalnız qazaxıstanlı idmançıdan geri qalıb.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right