İslam Həmrəyliyi Oyunları: Millimiz finala yüksəldi

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsini inamla adayan həndbol üzrə seçmə komandamız bu gün yarışın finalına yüksəlib.

 

Newsport.az xəbər verir ki, milli komanda yarimfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Həndbolçularımız Konya Səlcuklu Bələdiyyəsi Beynəlxalq İdman Kompleksində keçirilən oyuna daha inamlı başlayıblar. Bunun məntiqi nəticəsi kimi Azərbaycan millisi fasiləyə 19-13 hesabı ilə üstün yollanıb.

 

İkinci hissədə vəziyyəti dəyişməyə çalışan rəqibin istəyi alınmayıb. Yüksək əzmkarlıq göstərən secmə komanda gərgin mübarizə şəraitində keçən oyunu qələbə ilə başa vurub – 40:27.

 

Azərbaycan millisi sabah finalda Türkiyə komandası ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right