Radik İsayev Türkiyənin Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarında medalsız qalıb.
Newsport.az-ın məlumatına görə, İsayev 87 kq çəki dərəcəsində qazaxıstanlı Baurcan Həsənova uduzub.
Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan taekvondoçusundan Məhəmməd Məmmədov (74 kq) ikinci, Fatimə Məcidova (62 kq) isə ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb. Bununla da Azərbaycan taekvondo yarışlarını 5 medalla (1 qızıl, 2 gümüş, 2 bürünc) tamamlayıb.
Xatırladaq ki, İsayev Olimpiya, dünya, ikiqat Avropa çempionu, IV İslam Həmrəylik Oyunlarının qalibidi.