Pərviz Səmədov: "Sudan çox güclü olmadığı üçün yaxşı oyun göstərə bilmədik"

"Azərbaycan xalqını, voleybolsevərləri İslamiadadakı ilk qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz Sudan çox güclü komanda olmadığı üçün biz də yaxşı oyun göstərə bilmədik. Amma inşallah, o biri oyunlarda yaxşı oyun göstərəcəyik".

Newsport.az-ın məlumatına görə, bunu V İslam Həmrəyliyi Oyunlarında Sudana 3:0 hesabı ilə qalib gəlmiş Azərbaycanın kişi voleybolçulardan ibarət komandasının baş məşqçisi Pərviz Səmədov bildirib.

O, qrupda növbəti oyunlarda bu qələbənin ardını gətirəcəklərini bildirib: "Qrupda növbəti oyunlarımız Mərakeş və Kamerun komandalarına qarşı olacaq. Həmin komandaları analiz etmişik. Çalışacağıq ki, ancaq qələbə üçün yüksək həvəslə meydana çıxaq və mücadilə edək.

Qardaş dövlətdə oynadığımız üçün bizim Türkiyədə azarkeşlərimiz çoxdur. Bu da bizə xoş təsir bağışlayır".

P.Səmədov Avropa çempionatının seçmə mərhələsində Danimarka və Türkiyəyə məğlubiyyətdən sonra burda yarışmağın çətin olduğunu vurğulayıb: "Bakıda Avropa çempionatının təsnifat mərhələsində 2 oyunu uduzduq. Bundan sonra İslamiadada mübarizəyə start vermək çətin idi. Bununla belə, biz öz işimizin öhdəsindən gələ bildik. İnşallah, bu qələbələrin ardı gələr".

Qeyd edək ki, Azərbaycan millisi A qrupu çərçivəsində martın 11-də Mərakeşlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right