Rəqib oyuna gəlmədi, millimiz texniki qələbə qazandı

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

 

Newsport.az-ın məlumatına görə, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.

 

Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

 

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right