Azərbaycan yığması İsrailə qalib gəldi, Hindistana uduzdu

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün 7-ci turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi bu turda İsrail seçməsi ilə qarşılaşıb və 3:1 hesabıyla qələbə qazanıb. Qədir Hüseynov və Vasif Durarbəyli rəqiblərinə qalib gəlib, Şəhriyar Məmməmdyarov və Nicat Abbasov isə sülhə razılaşıb.

Qadınlardan ibarət yığma isə Hindistanla bacarmayıb. Günay Məmmədzadə qələbə qazansa da, Xanım Balacayeva heç-heçə edib, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva məğlubiyyətə üzülüb.

Ümumdünya Şahmat Olimpiadası
7-ci tur
5 avqust

Kişilər

Azərbaycan – İsrail – 3:1
Şəhriyar Məmmədyarov – Avital Boruçovski – 0,5:0,5
Qədir Hüseynov – İlya Smirin – 1:0
Vasif Durarbəyli – Maksim Rodşteyn – 1:0
Nicat Abbasov – Yevgeni Postnı – 0,5:0,5

Qadınlar

Azərbaycan – Hindistan – 1,5:2,5
Günay Məmmədzadə – Hampi Koneru – 1:0
Xanım Balacayeva – Harika Dronavali – 0,5:0,5
Gövhər Beydullayeva – R Vaişali – 0:1
Ülviyyə Fətəliyeva – Tania Sadçev – 0:1

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right