Cənubi azərbaycanlı güləşçi Azərbaycan səfirliyinə hücumla əlaqədar idmançılara çağırış edib

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı pəhləvan şəxsi instaqram səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq", - sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

O fikirlərini Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right