İslamiada: Azərbaycanı cüdoda 14 idmançı təmsil edəcək

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcək Azərbaycanın kişi və qadın cüdo millisinin heyəti bilinib.

Newsport.az Azərbaycan Cüdo Federasiyasının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 8 avqust tarixində İslamiadada iştirak üçün böyüklərdən ibarət kişi və qadın milli yığma komandasının hər birindən 7 idmançı Türkiyəyə yola düşəcək.

Onlar 15-16 avqust tarixlərində fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər. Məşqçi Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək kişi və baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında hazırlaşan qadın cüdoçuların adlarını təqdim edirik:

Kişilər

Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).

Qadınlar

Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq).

Yarışda iştirak edəcək kişi cüdo millilərinin hazırda Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right