Azərbaycan şahmatçıları reytinqdə irəliləyiblər

Azərbaycanın aparıcı şahmatçıları dünya reytinqində irəliləyib.

Newsport.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Cədvəldə Azərbaycan milli komandasının üzvlərindən Şəhriyar Məmmədyarov (2758 xal) 2 pillə, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyib. Məmmədyarov hazırda dünya reytinqində 10-cu, Rəcəbov 15-ci yeri tutur.

Kişi şahmatçılarımızdan ilk "yüzlük"də Azərbaycanın daha iki təmsilçisi yer alıb. Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov (2656 xal) isə 93-cü pillədə qərarlaşıblar.

Siyahıya əvvəlki kimi, norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədir.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar.

Qadınların reytinq cədvəlinə Çinli Hou Yifan (2650 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right