AÇ: Azərbaycan millisi yarımfinalda uduzdu

San Marinoda təşkil olunmuş 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib.

Təəssüf ki, komandamız əvvəlki oyunlardakı uğurun davamını bu görüşdə gətirə bilməyib. Basketbolçularımız meydanı 56:76 hesablı məğlubiyyətlə tərk ediblər.

Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirib. Monako komandası bu oyunda 80:65 hesabıyla qalib gəlib.

Beləliklə, iyulun 31-də baş tutacaq final görüşündə Monako və Albaniya yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə üçüncü yer uğrunda görüşdə Lüksemburqu sınağa çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right