Azərbaycan idmançısı dünya çempionu oldu

Yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyinin ikinci yarış günü 33 kq çəki dərəcəsində mübarizyə aparan Mehdi Budaqlı qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, komandamızın üzvü kanadalı Levi Gavası yeni qaydalara əsasən raund hesabında 2:0, avstraliyalı Dieqo Querubini 2:0, israilli Yonatan Haimi 2:0, fransa təmsilçisi Nelson Dedegbeni də 2:0 məğlub edərək yarımfinala adlayıb.

14 yaşlı idmançı finala vəsiqə uğrunda moldovalı Maksim Crovcenkoya da şans verməyib (2:0). Mehdi Budaqlı həlledici döyüşdə özbək idmançı Dilmurod Marufjonovu da hər iki raundda məğlub edərək dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right