İki güləşçimiz finalda uduzdu

İtaliyanın paytaxtı Romada U-17-lər keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın ikinci günündə yunan-Roma güləşçilərimiz 4 medal qazanıb. 

Belə ki, Fəraim Mustafayev (55 kq) və İsmayıl Rzayev (80 kq) finalda məğlub olaraq gümüş medalla kifayətlənib. 

Səid Xəlilov (48 kq) и Məzahim Mərdanov (110 kq) bürünc medal qazanıb. Əli Əlizadə isə (65 kq) bürünc medal uğrunda görüşdə məğlub olub. 

Az öncə isə Davud Məmmədov (71 kq) finala çıxıb. Hüseyn Savadov (45 kq) və Mikayıl İsmayılov (92 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Bu görüşlər sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right