İki güləşçimiz dünya çempionatında finala vəsiqə qazandı

Bu gün İtaliyada güləş üzrə 17 yaşlılar arasında dünya çempionatı başlayıb.

Newsport.az xəbər verir ki, Romada keçirilən turnirin ilk günündə yunan-Roma güləşi üzrə təmsilçilərimiz - Səid Xəlilov(48 kq), Fəraim Mustafayev (55 kq), Əli Əlizadə (65 kq), İsmayıl Rzayev (80 kq) və Məzaim Mərdanov (110 kq) döşəyə çıxıb. 

Fəraim Mustafayev və İsmayıl Rzayev finala vəsiqə qazanıb. Digər üç idmançımız isə bürünc medal uğrunda görüşlərə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right