Beş güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq.

Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) - Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.

Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.

Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) - Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.

Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right