Azərbaycan millisi Mərakeşə də məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, milli komanda Bakıda təlim-məşq toplanışında olan Mərakeş yığmasıyla qarşılaşıb.

Bakıdakı Voleybol Mərkəzində baş tutan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan yığması ötən gün Belarusa da 1:3 hesabıyla uduzmuşdu. Millimiz iyulun 21-də Belarus yığması ilə daha bir yoxlama oyununa çıxacaq. Voleybolçularımız 22 iyulda da Mərakeş yığması ilə növbəti dəfə qarşılaşacaq.

Yoxlama oyunu
19 iyul

Azərbaycan – Mərakeş 2:3 (25:19, 17:25, 25:22, 26:28, 13:15)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right