İslam Həmrəyliyi Oyunlarına və AÇ-2023-ün təsnifat mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışına start verib.
Newsport.az-ın məlumatına görə, hazırlığın ilk günü – iyulun 19-da doğum günü olan yığmanın meneceri Səbinə Babayeva sürprizlə qarşılaşıb. Voleybolçular və məşqçilər korpusu onu özlərinə məxsus şəkildə təbrik ediblər.