Güləşçilərimizdən 4 qızıl, 1 gümüş, 4 bürünc medal

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, qitə birinciliyində qadın güləşçilərin ardınca sərbəst güləşçilər mübarizə aparıb. 

Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. 
Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub. 

Qeyd edək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa  çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right