"Qran Pridəki ilk qızıl medalıma görə çox xoşbəxtəm"

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirinin ilk günü olduqca gərgin, eyni zamanda həyəcanlı keçdi.

Newsport.az-ın məlumatına görə, -66 kq. çəki dərəcəsində yarışan idmançımız Yaşar Nəcəfov Bəhreyn, Böyük Britaniya, Bolqarıstan və Qazaxıstandan olan rəqiblərini geridə qoyaraq finala vəsiqə qazandı. Finalda idmançımız italiyalı rəqibini üstələyərək qızıl medal əldə etdi.

“Bu mənim Qran Pridəki ilk qızıl medalımdır və buna görə də mən çox xoşbəxtəm. Finala qədər 5 görüşüm oldu və rəqiblərim kifayət qədər güclü idi. Düşünürəm ki, onların içində ən gərgin görüş qazaxıstanlı Yeldos Smetovla keçdi. Onunla ilk görüşüm idi və mənim üçün uğurla başa çatdı. Turnirə hazırlıq səviyyəm yüksək idi və özümə inanırdım. Düşünürəm ki, mənim üçün növbəti sınaq Lignano Avropa tədbiridir”, - Nəcəfov qələbəsindən sonra Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına verdiyi müsahibəsində bildirib.

Avropa Cüdo Birliyinin saytında idmançımızın qələbəsi belə şərh olundu: “Görüş 3 dəqiqə çəkdi, lakin Nəcəfov fürsət tapdı və rəqibini üstələdi. Qızıl medalı Azərbaycana, vətəninə aparmaq üçün “waza ari” kifayət etdi. Bu medal həm günün ilk qızıl medalı, həm də Avropa qitəsindən qatılan idmançıların yeganə qızıl medal kimi yadda qaldı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right