Millimizin Belarus toplanışı başa çatdı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb. 

 

Newsport.az xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

 

Millimiz səfər çərçivəsində yerli yığma ilə də üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.

 

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək. 

 

Yığma ilk rəsmi matçını avqustun 3-də Bakıda AVRO-2023-ün təsnifat mərhələsində Danimarka komandasına qarşı keçirəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right