Azərbaycanlı cüdoçu Qran Pridə qalib gəldi

Azərbaycanlı cüdoçu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə çempion olub.

Newsport.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz finalda İtaliyanı təmsil edən Matteo Pirasla qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə başa çatıb.

Azərbaycan yığması qran-prinin ilk yarış gününü bir medalla başa vurub.

Cüdoçumuz Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevi (Bolqarıstan) məğlub edərək finala yüksəlmişdi.

Orxan Səfərov isə birinci görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.

Kəramət Hüseynov (60 kq) 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevlə (Türkmənistan) bacarmayıb.

​Azərbaycan qran-pridə 14 cüdoçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right