Qran Pri: Azərbaycan cüdoçusu finala yüksəldi

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qran Pri turnirinə start verilib.

Newsport.az-ın məlumatına görə, kişilərin yarışında -66 kq-da mübarizə aparan Yaşar Nəcəfov mübarizəyə qoşulub. O,  Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gələrək finala yüksəlib.

Yaşar Nəcəfov qızıl medal uğrunda italiyalı Matteo Pirasla qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right