Azərbaycanı Avropa kubokunda 3 cüdoçu təmsil edəcək

Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.

Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.

-52 kq. Rita Əliyeva

-57 kq. Lətifə Abbasova

-78 kq. Nərmin Əmirli

Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right