Azərbaycan idmançısı Dünya Oyunlarında qızıl medal qazandı

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib - 3:0.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Bu, Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Daha əvvəl aerodans komandası bürünc medala sahib çıxıb. Azərbaycan hazırda medal əyarına görə 33-cü, medal sayında isə 37-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right