Azərbaycan kikboksçusu Dünya Oyunlarının finalında

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında finala vəsiqə qazanıb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib.

Rəcəbzadənin 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Azərbaycan təmsilçisi iyulun 15-də finalda xorvatiyalı Anto Şiriçlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right