İdmançılarımız mükafatsız qaldılar

Karateçilərimiz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birmingem şəhərində 11-ci Dünya Oyunlarında çıxışlarını başa vurublar.

Newsport.az-ın məlumatına görə, son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) 8-9 iyul tarixlərində karate yarışlarının mükafatçıları arasına düşə bilməyib. Yarımfinaladək irəliləyən İ.Zaretska bürünc medal görüşündə də qələbəni əldən verib. İdmançıları baş məşqçilər Qurban Tağıyev (kişilər, kumite), Denis Morozov (qadınlar, kumite) və Vahid Ayvazov (kata) müşayiət edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right