Mədət Quliyev Şuşadakı turnirin qalibinə ev bağışladı

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

Newsport.az-ın məlumatına görə, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.

Monqolustan yığması üçüncü, “Daşkənd Siti” ikinci, “Sakarya” komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right