Hidayət Heydərov: "Qızıl medal qazanacağıma əmin idim"

“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

Newsport.az-ın məlumatına görə, süjetdə bildirilir ki, -73 kq çəki dərəcəsində yarışan Heydərov dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyub.

Cüdoçumuz müsahibəsində bildirib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi:

“Səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm buna görə də qızıl medal qazanacağıma əmin idim.”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right