“Yaşasın Azərbaycan!” deyib, Rafael Nadala çağırış etdi

İlk dəfə Azərbaycan bayrağı altında döyüş keçirən Rafael Fiziyev UFC-də braziliyalı Rafael dus Anyusa qalib gəldiyi görüşdən sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, döyüşdən sonra deyib: "İndi biz UFC-də ən yaxşı Rafaelin kim olduğunu dəqiq bilirik. Bir halda ki, mən 5-ci raundda nokautla qalib gəlmişəm, mənə TOP-5-də olan rəqib verin".

O, daha sonra zarafatla deyib: "İdmanda isə kimin yaxşı olduğunu öyrənmək üçün Rafael Nadala çağırış edirəm". 

İdmançı çıxışını "Yaşasın, Azərbaycan!" sözləri ilə bitirib.

Fiziyev ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu da bildirib: "Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik. Yaşasın Azərbaycan!"

Xatırladaq ki, Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda Anyusu nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right