"Əziz Şuşa" yarışının ilk mərhələsi keçirildi

İyulun 9-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib.

Newsport.az-ın məlumatına görə, "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən yarışın birinci mərhələsi Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutub.

Yarışda 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı mübarizə aparır. İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 km məsafədə mübarizə aparıblar.

Bu növ üzrə ən yüksək nəticə göstərən velosipedçi Azərbaycanın Elit milli komandasının kapitanı, Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü Elçin Əsədov olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın elit milli komandasının digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala layiq görülüb.

Bu gün keçiriləcək ikinci mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right