Macarıstanın paytaxtı Budapeştdəki "Böyük Dəbilqə"də Azərbaycan yığmasının heyətində debüt edən cüdoçu Səid Mollayi final matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı cüduçu finalda braziliyalı Gilyerme Şmidtlə qarşılaşıb.
Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi rəqibinə uduzub.