Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İtaliyanın paytaxtı Romada 20 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

Azərbaycan idmançısı Cəbrayıl Qadjiyev 1/16 finalda yunanıstanlı Georgios Terzidisə (10:0), 1/8 finalda italiyalı Luka Finizioya (11:0), 1/4 finalda rumıniyalı Kristian Biroya (6:2), yarımfinalda isə türkiyəli Muhammed Özmuşa (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right