Dünya federasiyasına azərbaycanlı vitse-prezident seçildi

Azərbaycan Budo Federasiyasının prezidenti Faiq Rəfiyev Dünya S-1 peşəkar Muay-Tay Federasiyasının vitse-prezidenti seçilib.

Taylandın paytaxtı Banqkok şəhərində keçirilən seçkilərdə Rəfiyevə ölkələr üzrə nümayəndələrin təyin olunması və S-1 üzrə dünya səviyyəli yarışların təşkil olunması həvalə olunub.

Grand Master və Döyüş Növləri üzrə Fəlsəfə Doktoru olan Faiq Rəfiyev Dünya S-1 Federasiyasının baş katibi və prezidenti Dr.Sonqçayi Ratanasubanın oğlu Dr.Sirahop Ratanasubanla da görüşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right