Azərbaycan yığması ilin ilk qran-pri turnirinə yollandı

Azərbaycan taekvondo yığmasının İtaliyanın Roma şəhərində baş tutacaq qran-pri üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə 3-5 iyun tarixlərində keçiriləcək turnirdə milli komandamızın beş üzvü iştirak edəcək.

Yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.

Komandamız qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə bu gün artıq Roma şəhərinə yola düşüb.

Qran-pri il ərzində müvafiq olaraq İtaliya, Fransa, Böyük Britaniya və Çin-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right