Azərbaycan qılıncoynadanları AÇ-də medalsız qaldılar

Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir.

Newsport.az-ın məlumatına görə, şpaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışını başa vurub.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Ruslan 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston Markus Salma 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 3 qələbə ilə bitirən Fərrux Səfərov isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Hadrien Favreyə 6:15 hesabı ilə məğlub olub.

Qrupda 2 qələbəsi olan Barat Quliyev pley-offda britaniyalı Billi Şepherdə 13:14 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right