Dünya seriyasının ilk mərhələsində 1 qızıl, 2 bürünc

Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə yekun vurulub.

Newsport.az saytına verilən məlumata görə, iki gün davam edən yarışda kişilər arasında 4 çəkidə iştirak edən milli üzvləri 3 medal qazanıb.

Belə ki, qrup mərhələsini 4 güləşçimiz uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb. Ramiz Həsənovla (70 kq) Omid Kamaliagdam (80 kq) bürünc medal əldə edib. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib. Beləliklə, çimərlik güləşi üzrə millimiz yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.

Dünya seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right