Primeroya vəsiqə qazanan iki komandanın adı bəlli oldu

"Almeriya" və "Valyadolid" 2022/2023 mövsümündə yenidən Primeroda oynayacaqlar.

Newsport.az-ın məlumatına görə, Sequndada mövsümünün son turunda "Almeriya" "Leqanes"lə 2:2 bərabərə qalıb. Belədə, "Almeriya" 81 xalla liqanın lideri olub. "Valyadolid" isə "Hueska"nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Onlar da 81 xalla Primeroya vəsiqəni təmin edib.

La Liqaya yüksələcək üçüncü komandanın adı isə pley-off matçlarından sonra bəlli olacaq. Belə ki, "Eybar", "Las Palmas", "Tenerife" və "Jirona" Primeroda oynamaq üçün yarımfinal və final oynayacaqlar. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right