Dünya Güləş Birliyi Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynovu ad günü münasibəti ilə təbrik edib.
Newsport.az xəbər verir ki, qurum "Tvitter" səhifəsində 34 yaşı tamam olan idmançının şəklini paylaşaraq onun qazandığı uğurları qeyd edib. Şəkillə birgə bu sözlər yazılıb: "Hər səviyyədə müvəffəqiyyətlə dolu əfsanəvi karyera".
Qeyd edək ki, Rafiq Hüseynov dünya çempionu, üç qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.