Tanınmış MMA döyüşçüsü Bakıya gəlib

Qazaxıstanın Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib.

Newsport.az-in məlumatına görə, 29 yaşlı idmançı bu barədə instaqram hesabında paylaşım edib.

Fizyev Fairmont Baku "Flame Towers"dən video yayımlayıb. UFC-də çıxış edən döyüşçünün səfərinin məqsədi hələlik bəlli deyil.

Qeyd edək ki, yüngül çəkidə çıxış edən Rafael Fiziyev indiyədək UFC-də keçirdiyi 12 döyüşdə 11 qələbə qazanıb, bir dəfə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right