Gənclər və idman naziri Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib.
Newsport.az-ın məlumatına görə, nazir bununla əlaqədar feysbukdakı səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Hər bir qələbənin arxasında gərgin məşq, qətiyyət və fədakarlıq dayanır. Hər bir zəfər dəstək və alqışa layiqdir. Afərin bizim idmançılara!”