Yunanıstanın "Panatinaikos" klubunda çıxış edən Azərbaycan millisinin Ukrayna əsilli voleybolçusu Marqarita Stepanenko AEK-lə qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməyib.
Newsport.az-in məlumatına görə, 29 yaşlı oyunçunun komanda yoldaşları və azarkeşlər Ukraynadakı ailəsinə görən narahat olan Stepanenkoya dəstək olublar.
Fanatlar 3:1 hesabı ilə qalib gəldikləri görüşdə tribunada voleybolçu üçün "Müharibəni dayandırın, Marqarita, möhkəm ol" pankartı açıblar.
"Panatinaikos"un niderlandlı voleybolçusu Maret Qrotyus sosial şəbəkə vasitəsi ilə də komanda yoldaşına dəstək olub. Stepanenkonun fotosunu yayımlayan 34 yaşlı oyunçu bu günlərdə baş verənləri təsəvvür edə bilmədiyini bildirib: "Bu foto dünən, oyun zamanı çəkilib. O, çox güclü insandır və bir çoxları üçün gözəl nümunədir".