Ukraynanın məşhur cüdoçusu ölkəsinin müdafiəsinə qoşulub

Ukraynanın məşhur cüdoçusu Georgi Zantaraya Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb.

Newsport.az-in məlumatına görə, 35 yaşlı idmançı bu barədə instaqram hesabında paylaşım edib.

Zantaraya ölkə bayrağı və gerbi fonunda avtomatı göstərərək hazırda Kiyevdə olduğunu və sonadək mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Georgi Zantaraya 2011 və 2017-ci il Avropa çempionatlarının və 2009-cu il dünya çempionatının qalibi olub. Cüdoçu 2018-ci il Bakı mundialında bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right