Azərbaycanın cüdo millisinə yeni baş məşqçi təyin olunub

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Newsport.az-in məlumatına görə, yığma almaniyalı Riçard Trautmana tapşırılıb.

Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.

Kişilərdən ibarət yığmanın hazırkı baş məşqçisi Mövlud Mirəliyev yığmada böyük məşqçi olacaq. 

Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005 - 2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009 - 2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016 - 2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib.

Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda start verib. 44 yaşlı mütəxəssis 2012 - 2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Mark van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right