Hacımurad İstanbuldan bürünc medalla qayıdır

Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri sona çatıb.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə sərbəst güləş üzrə yığmamızın üzvləri mübarizə aparıb.

İslam Bazarqanov (61 kq) 1/8 finalda özbək Qulamcan Abdullayevə minimal fərqlə məğlub olub – 2:3. Rəqib finala qədər irəlilədiyi üçün Bazarqanov mübarizəni davam etdirib. Ancaq İslam təsəlliverici görüşdə türk Recep Topala minimal fərqlə uduzub.

65 kq-da ölkəmizi 2 güləşçi təmsil edib. Əli Rəhimzadə startda özbək Ümidcan Jəlalova (0:10) məğlub olubsa, Əhmədnəbi Qvarzatilov türk Ərtoğrul Kahveciyə çətinlik çəkmədən qalib gəlib – 15:5. Təmsilçimiz 1/8 finalda dünya çempionu Beka Lomtadzeylə (Gürcüstan) gərgin keçən mübarizədən qalib ayrılıb – 10:7. Qvarzatilov 1/4 finalda monqolustanlı Tulqa Oçirə məğlub olub – 6:9.

Gitinoməhəmməd Hacıyev (70 kq) təsnifat mərhələsində gürcü Levan Kelexsaşviliyə 4:11 hesabıyla uduzub.

Soslan Tigiyev (74 kq) debütdə Jozef Lavalee (ABŞ) ilə mübarizədən qalib ayrılıb – 4:2. Tigiyev daha sonra qazax Şingis Muxametkaliyevi yolundan kənarlaşdırıb. Soslan 1/4 finalda hindistanlı Pritam Pritama uduzub – 10:13.

Hacımurad Ömərov (79 kq) 1/8 finalda gürcü Vladimeri Qamkrelidzeylə bacarmayıb – 2:7.

Hacımurad Məhəmmədsəidov (86 kq) startda türk Fatih Erdinə uduzub – 1:3. Rəqib finala yüksəldiyi üçün Hacımurad mübarizəni təsəlliverici görüşlə davam etdirib və iranlı Mojtaba Əsgəriyə tam üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada alman Lars Şaefleni 7:0 hesabıyla üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Şamil Zubairov (92 kq) ilk mərhələdə Hindistanın tanınmış güləşçisi Dipak Puniaya məğlub olub – 2:4.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right