ÇSKA-dan ayrıldı: "Rus ordusunun klubunda davam etməyimin mümkün olmadığını düşünürəm"

Moskvanın ÇSKA klubunda çıxış edən gürcüstanlı basketbolçu Tornike Şengeliya ayrılıq qərarı verib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı idmançı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu qərara gəlib. Şengeliya rus ordusunu təmsil edən klubda oynamaq istəmədiyini bildirib:

"Rusiyanın Ukraynanı işğalına etiraz edirəm və rus ordusunun klubu olan ÇSKA-da davam etməyimin mümkün olmadığını düşünürəm. Ukrayna üçün dua edirəm",

Tornike Şengeliya ailəsi ilə birlikdə Moskvadan ayrılıb və İspaniyaya gedib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right