"Formula 1" üzrə Rusiya qran-prisi ləğv olunub.
Newsport.az-ın məlumatına görə, bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.
Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.